“Qalmaqala” səbəb olan və “gündəm” yaradan gey cütlük danışdı -VİDEO

  • By admin
  • 28 İyul 2016 10:20

gey-bey-gelin-Bakida-toy_1

 

Medianın gündəminə çevrilən, Bakidakı şadlıq saraylarından birində keçirilən qeyri-adi toy mərasimi olub. Bu mərasimin qeyri-adiliyi isə orda gey cütlüyün evlənməsi ilə bağlı olub. Mətbuatda da qeyd olunduğu kimi, bəzi şəxslər normal toya dəvət edildiklərini biliblər. Amma gəlinin salona daxil olmasıyla məclisdə qarışıqlıq yaranıb. Belə ki, anlaşılıb ki, bu toy yox, nişan mərasimidir. Üstəlik də geylərin əyləncə məclisidir.

Gununsesi.info xəbər verir ki, cütlükdən biri, özünü “Aydan trans infoplus.tv adlı sayta açıqlama verərək deyib ki, toy barədə yazılanlar tam yalandır. Bir ad günü mərasiminə qatıldığını deyən trans tədbirdən kiminsə foto və videolar yayaraq dezinformasiya yaratdığını bildirib. Onun dediyinə görə, hətta restoran sahibi də orada ad günü mərasimi keçirildiyini bilib. Aydan eyni zamanda sosial şəbəkədə onu qınayanlara da mesajını çatdırıb: “Mən öz həyatımı yaşayıram, heç kim bu həyatda qınaq ağacı ola bilməz. İnsanlar hər şeyi olduğu kimi çatdırmalıdır. Heç kim gələcəyindən sığortalanmayıb. Bilmək olmaz ki, 20-5 il sonra sizin, sizin uşağınızın başına nə iş gələcək. Bu, Allah tərəfindən dərddir insana, heç kim heç nədən sığortalanmayıb”.

Aydan adlı transın danışığından belə məlum olub ki, onunla bağlı xəbər yayan media orqanlarından artıq hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan başqa, o, mediaya da aşağıdakı formada “həyat dərsi” verməyə cəhd edib: “Ay yazıqlar, ən azından mən varam, translar var. Heç kim insanların şəxsi həyatına qarışa bilməz. Ailənizdən, valideynlərinizdən utanın, hər şeyi olduğu kimi danışın”.

Amma “müsahibə”  – əgər buna müsahibə demək olarsa – Aydan adlı trans bir dəfə də olsun hansı səbəbdən yanındakı gənclə bəy-gəlin masasında oturmasına aydınlıq gətirməyib və bunun üstündən sükutla keçib. Ümumiyyətlə, o, sözügedən videodakı gənc barədə heç nə danışmayıb.

 

 

Gununsesi.info