
Son 20 ildə “Təzyiqim var”, deyənlərin sayı durmadan artır. Yaş həddi isə getdikcə cavanlaşır. Əksəriyyət isə həkimin yazdığı müxtəlif həbləri səhər-axşam içsələr də, nəticə dəyişmir.
Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki, qan təzyiqinin yüksək olması bir sıra ciddi bir xəstəliklərin təməlidir. Əsasən də ürək və qan-damar sistemini çox sürətlə sıradan çıxarır. Xəstəliyin nədən yaranmasını araşdıran elm adamları iddia edirlər ki, düzgün qidalanan insanlarda heç vaxt təzyiq problemi olmur. Yüksək təzyiqdən əziyyət çəkənlərə isə tövsiyyə edirlər ki, bu xəstəlikdən əziyyət çəkənlər daha çox tərəvəzlərlə qidalanmağa üstünlük verilməlidir. Günlük duz istifadəsini 7 qramdan keçməməsinə diqqət edilməlidir. Eyni zamanda sarımsaq, yemişan çayı, limon, zeytun yarpağının çayının qan təzyiqinin aşağı salınması xüsusiyyətləri olduğundan rasiona daxil edilməli, gündəlik istifadə edilməlidir.
Gündəlik 3-4 diş sarımsaq qəbul etməli, çünki kənar təsiri yoxdur.
Gün ərzində 2-3 stəkan yemişan çayı balla qarışdırılaraq ac qarına ya da yemək aralarında içilməlidir. Yemişan ürəyi gücləndirdiyindəm qan təzyiqinin normallaşmasında daha çox yardım edir.
Səhər tezdən ac qarnına 4-5 qozun ləpəsini yeyilməsi qan təzyiqini aşağı salır. Uzun müddət davam etdirilməsi faydalıdır.
Bibəriyə çayı da aşağı təzyiqinin normallaşdırılmasında çox faydalıdır.
Portağalın da qan təzyiqinin normallaşdırılmasının qarşısını alır. Bu məqsədlə heç olmazsa, həftəniin bir günün yalnız portağalla qidalanın.
Dağlıq ərazilərdə yaşayanlar daha çox bu məqsədlə ardıc toxumlarındam istifadə edirlər. Belə ki, 1 stəkan qaynar suda 2-4 qram ardıc toxumu 10 dəqiqə dəmlənir, gündə 2-3 stəkan qəbul edilir.
Bu məqsədlə soğandan da istifadə edilir. Belə ki, 500 qram suya, 3 ədəd soğan incə-incə doğranır. 1 gecə saxlanılıb, süzülməlidir. Gündə 3 dəfə 1 kiçik stəkan yeməkdən 30-60 dəqiqə əvvəl ya da sonra içilməlidir.
Təzyiqin yüksəlməsinin qarşısını alan məlhəm:
4 limon
1 baş sarımsaq
1 çay qaşığı zəncəfil tozu
2 litr təmiz su (xlorsuz)
4 limonu iki yerə bölüb, shirəsini bir kasaya sıxın, qabıqlarını 2 litr suda qaynadın. Limonlar tam qaynadıqdam sonra bir baş sarımsağl sürtkəcdən keçirin, lomon suyu və zəncəfil tozuyla qarışdırıb qaynayan suyun içərisinə əlavə edin. 5 dəqiqə qaynadıqdan sonra odun üzərindən götürüb, söyudun. 5 saat qaldıqdan sonra isə süzüb hər səhər acqarına 1 stəkan için. Bu məlhəm damarlarınızı təmizləməklə yanaşı, həm də bədədninizdəki toksinləri və yağları da zərərsizləşdirəcək.
Gülnaz Qənbərli
Gununsesi.info











