“Qanun”dakı yoxlamalarla bağlı: “Polisin dedikləri bəhanədir” - VƏKİL

  • By admin
  • 14 İyun 2016 11:33

elchin sadigov

 

Vəkil Elçin Sadıqov “Qanun Nəşriyyatı”ndakı polisin axtarış tədbirləri ilə bağlı öz Facebook statusunda paylaşım edib.  Gununsesi.info xəbər verir ki, vəkil qeyd edib ki, ötən gün (iyunun 13-də)  nəşriyyatın yerləşdiyi binada Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarış və götürmə aparılması ilə bağlı məhkəmə qərarının olub-olmamasını, təxirəsalınmaz hallarda məhkəməyə məlumat verilib verilməməsini öyrənmək üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsində və Bakı şəhər Xətai Rayon Məhkəməsində olub. Məhkəmədən ona bilirilib ki, məsələ ilə bağlı məhkəmə tərəfindən verilən heç bir məlumat və qərar yoxdur.

 

Elçin Sadıqov buna baxmayaraq , qeyd edilən məhkəmələrin axtarış və götürmə aparılması barədə mövcud olmayan qərarlarından apellyasiya şikayəti verdiyini yazıb. O, bunu qərarın vəkildən gizlədilə biləcəyi ehtimalına görə etdiyini vurğulayıb: “QANUN NƏŞRİYYATI” MMC-nin yerləşdiyi binada axtarış və götürmə qanunsuz aparılıb, axtarış və götürmə zamanı heç bir prosessual sənəd Şahbaz Shahbaz Xuduogluna təqdim edilməyib. Hüquq mühafizə orqanları tezliklə “QANUN NƏŞRİYYATI” MMC-nin yerləşdiyi binada bomba olması barədə məlumat verən şəxsin kimliyini müəyyən etməli, onu terror hadisəsi barədə yalan məlumat verməyə görə məsuliyyətə cəlb etməlidir”.

Hüquq müdafiəçisi əlavə edib ki, polislərin partlayıcı maddənin axtarılması üçün tədbirlər görməməsi, ətraf binanın və yolların təhlükəsizliyini qorumamsı onu deməyə əsas verir ki, bomba olması barədə polisin dedikləri bəhanədir.

“Bildiririk ki, “QANUN NƏŞRİYYATI” MMC-nin Konstitusiyanın 28-ci, 47-ci, 50-ci, 58-ci maddələrində göstərilən hüquqları, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci, 10-cu və 18-ci maddələrində göstərilən hüquqları kobud şəkildə pozulub” , – deyə o yekun vurub.