
Rusiyanın Samara vilayətində Azərbaycan diaspora nümayəndələri arasında narazılıq pik həddə çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə “CO Onlayn” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun metodları regionda artıq etirazla qarşılanır.
2019-cu ilin mayın 10-da Novruzovun əhatəsində olan iki şəxs güllələnib. Bunlar “sxodka”da sinəsindən bıçaq zərbəsi alan Yalçın Tamazanovla Elçin Xəlilov olub. Maraqlıdır ki, hər iki şəxs tibbi yardımdan imtina ediblər. Qısa zaman sonra isə onlar Samara vilayətindən ayrılıblar.
Bu hadisələrdən sonra Zaur Novruzov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb. Lakin “Lotu Quli”nin adamı bunu inkar edərək narkotikin onun cibinə qəsdən atıldığını bildirib. Nəşrin məlumatına görə, bəzi azərbaycanlılar Nadir Səlifovun biznesini aparma üsulundan narazıdırlar. Son baş verən hadisələr də məhz bundan qaynaqlanır.