Qanunsuz gətirilən külli miqdarda siqaret Naxçıvanda ələ keçdi

  • By admin
  • 27 May 2023 18:38

Qanunsuz yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info