Qanunsuz gətirilən mobil telefonlar və aksesuarlar aşkar edildi  - FOTO

  • Müəllif: admin
  • 06 İyun 2018 12:11

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ-21044” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gununsesi.info-nun Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd “Samsung Galaxy Grand Prime pro 2018”, 5 ədəd “Samsung Galaxy J3 2017” markalı mobil telefonlar, 60 ədəd “qulaqcıq”, 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.