Qapanma ilə bağlı yeni AÇIQLAMA: “Yaxın günlərdə…”

  • By admin
  • 17 Avqust 2021 10:16

Son günlər Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının kəskin artması yenidən sərt karantin rejiminin tətbiq olunacağını gündəmə gətirib. Qapanma mövzusu artıq bir neçə gündür ölkə gündəmindən düşmür. Hətta hökumətdə məhdudiyyətlərlə bağlı müzakirələrin aparılması barədə iddialar dolaşır. 

Məlumat üçün bildirək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1851 yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 min 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 min 327 nəfər müalicə olunaraq sağalıb, 5 min 170 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 356 nəfərdir.

İndiki durumda qapanmalara getmək lazımdırmı? 

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Modern.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə epidemioloji durumun hansı istiqamətdə irəliləməsindən asılı olaraq, müvafiq addımlar atılacaq.

“Qapanmalarla bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu qurum tənzimləyici funksiya daşıyır. Koronavirusun indiki dövrünü digərlərindən fərqləndirən əsas cəhət hazırda vaksinasiya prosesinin getməsidir. Bilmirik ki, situasiya yaxın günlərdə necə dəyişəcək. Hər halda yaxın günlərdə epidemioloji durumun hansı istiqamətə doğru getdiyi bəlli olacaq. Buna uyğun müzakirələr aparılıb, açıqlamalar verilə bilər”, – deyə Baş infeksionist vurğulayıb.