Nazirlik hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Havanın minimal temperaturu noyabrın 23-24-də 0-4 dərəcə şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 24-dək davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Gununsesi.info