“Qara bazar”da dəyəri 12 milyon manat olan narkotik yandırılıb

  • By admin
  • 14 Dekabr 2016 11:00

narkotik

Bu gün 199 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 473 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Gununsesi.info-nun məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, 264 kq 252,778 qr marixuana, 164 kq 542,743 qr tiryək, 27 kq 446,626 qr heroin, 16 kq 542,743 qr həşiş qətranı, 1 kq-dan artıq  psixotrop maddələr və 2116 ədəd çətənə bitkiləri yandırılıb.

Müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.

Gununsesi.info