“Qarabağ” ciddi itki ilə üzləşdi - FOTO

  • By admin
  • 04 Dekabr 2021 20:17

“Qarabağ” klubunun futbolçusu Kevin Medina zədələnib.

Klubun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina hazırda “Keşlə” ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında iştirak etmir.

O, dekabrın 8-da İsveçrədə “Bazel”ə qarşı Konfrans Liqasının VI tur matçında böyük ehtimalla iştirak etməyəcək.

Gununsesi.info