Qarabağ döyüşçüsü adam vurdu

  • Müəllif: admin
  • 18 İyul 2016 13:30

alik

 

Tanınmış Qarabağ döyüşçüsü Agstafa rayonunda cinayət törədib. Gununsesi.info-nun məlumatına görə, keçmiş döyüşçü adam bıçaqlayıb. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri, Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əməliyyat nəticəsində A. Muradov saxlanılıb.

Faktla bağlı Agstafa rayonu Polis idarəsində cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, “Qazaxlı Alik” ləqəbi ilə məşhurdur.

 

 

Xəyalə Xanəziz