“Qarabağ”-“Kopenhagen” oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək

  • Müəllif: admin
  • 23 Avqust 2017 09:36

qarabagloqo

UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkanın Kopenhagen şəhərindəki “Parken” stadionunda təmsilçimiz “Qarabağ” – “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.

Belə ki, oyunun baş hakimi Alberto Undiano Mallenco olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Cabanero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Diego Barbero Sevilla yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladq ki, bu komandalar arasında oyun avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Qarşılaşma 1: 0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Anar

Gununsesi.info