
“Qarabağ prosesi fasiləsiz bir proses olduğu kimi həmdə qeyri-sabitdir. Ona görə də deməyək ki, hərbi toqqumşa balayacaq, demək lazımdır ki, nə zaman hərbi əməliyyatlar başlayacaq”.
Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, bu fikri Regional araşdırmalar mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan deyib.
Onun fikrincə, bu münaqişə təkcə Azərbaycan və Ermənistanın maraq daxilində deyil: “Bu daha yüksək səviyyəli dairələrin marağındandır. Bu konflikt nəticədə bölgənin ən iri oyunçuları olan Türkiyə, Rusiya və İranı prosesə cəlb edə bilər”.
Hərbi toqquşmaların yenidən başlamasında gəldikdə isə erməni politoloq deyib ki, bu dəfə daha ağır hərbi texnikalrdan, artileriyyadan istifadə olunacaq. “Çünki aprel döyüşlərindən sonra tərəflər öz hərbi arsenalını Rusiya və İsraildən aldıqları hərbi texnika hesabına yeniləyiblər. Ona görə də demyək ki, müharibə alovlanacaqmı, deməliyik ki, bu nə zaman alovlanacaq”.
Mürtəza
Gununsesi.info












