“Qarabağ” Qurban Qurbanovla müqaviləni uzatdı

  • By admin
  • 11 May 2022 16:44

“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun müqaviləsinin müddətini uzadıb.

Gununsesi.info “köhlən atlar”ın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. “Köhlən atlar” ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.