“Qarabağ” yenə öz sözünü dedi - “Düdelanj”ı 2-0 məğlub etdi

  • By admin
  • 12 İyul 2016 23:52

futbol-4

 

 

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirib.  “Qarabağ”ın rəqibi Lüksemburq çempionu “Düdelanj” olub. Qeyd edək ki, oyuna fəal başlayan ağdamlılar ilk dəqiqələrdən irəli atılıblar. Əvvəlcə Daninin cərimə meydançasına qədər gətirdiyi topa Muarrem zərbə endirsə də, top az fərqlə qapının üstündən keçib. Bir neçə dəqiqə sonra isə çempionumuz hesabı açıb. 10-cu dəqiqədə sürətlə cərimə meydançasına şığıyan Riçard Almeydayanı rəqib müdafiəçilər kobudluqla dayandırıblar. Zərərçəkmiş özü penalti zərbəsini dəqiq yerinə yetirib. Qoldan 17 dəqiqə sonra Almeyda yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Daninin sağ cinahdan ötürməsini yaxşı saxlayan braziliyalı qapıya qarşısıalınmaz zərbə endirib. İlk hissədə daha bir neçə epizod olsa da, hesab dəyişməyib. İkinci hissə gözlənilənin əksinə olaraq bir qədər sönük keçib. Ona lazım olan hesabı qaznanan ağdamlılar hücum etməkdə o qədər də maraqlı olmayıblar. Rəqibin isə təmsilçimizə təzyiq etməyə sadəcə gücü çatmayıb. Başqa qol olmayınca, oyun elə bu hesabla da başa çatıb.

 

futbol-6

futbol-7

 

Gununsesi.info