“Qarabağ”ın daha bir futbolçusununu koronavirus testi pozitiv çıxdı

  • By admin
  • 02 Dekabr 2020 21:40

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Gununsesi.info xəbər verir ki, forvardımız Mahir Emrelidə də testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.
Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçimiz Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçimizdə də koronavirus aşkarlanıb.
Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçimiz Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçimiz Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçumuz Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğu üçün “Makkabi” ilə oyunun heyətinə əlavə edilməyib.

Gununsesi.info