“Azgranata” rəhbərindən “Topçu” açıqlaması - ŞAİQ MİRZƏYEV DEYİR Kİ...

  • By admin
  • 02 Dekabr 2020 22:03

 

“Azgranata” MMC-nin İdarə Heyətinin sədri, vəkil Şaiq Mirzəyev Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu” başlıqlı yazıya reaksiya verib.

Qeyd edək ki, həmin yazıda “Azgranata” MMC-nin rəhbərinin kimliyindən danışılır və bəlli olub ki, bu şəxs həm də vəkil Şaiq Mirzyevdir.

Saytımıza yolladığı açıqlamasında isə Şaiq Mirzəyev “Azgranata” MMC-nin “Topçu” adlı yeni araq məhsulunun istehsalı ilə bağlı  yayılmış məlumatlara aydınlıq gətirib:

“Cəmiyyətdə yaranan əsassız ajiotajla əlaqədar bildiririk ki, biz bu adda məhsul istehsal etməmişik. Satışda bu adda məhsulumuz yoxdur. Təəssüflər olsun ki, dövlətimiz, cəmiyyətimiz üçün həssas olan məsələlərdə lüzumsuz olaraq şirkətin adı hallanır. Şirkətin uğurlu fəaliyyətini və məhsullarını göstərmək əvəzinə, ayrı-ayrı şəxslər özlərini “reklam” etmək üçün sosial şəbəkələrdə müzakirə mövzuları yaradıblar. Bir daha bəyan edirik ki, “Azgranata”şirkəti bütün fəaliyyətini qanuni şəkildə həyata keçirir”.

 

Gununsesi.info