Qaradağda silsilə oğurluqlar etmiş şəxs tutuldu

  • Müəllif: admin
  • 04 Aprel 2018 14:30

Oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.

DİN-dən verilən məlumata görə, Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da məlum olub.

Gununsesi.info