Qarpızın faydaları

  • By admin
  • 23 İyun 2016 16:20

qarpiz

Qarpız tək dadlı desert deyil. Gununsesi.info xəbər verir ki, bu giləmeyvə sağlamlığımız üçün olduqca faydalı məhsuldur.

HTML tutorial

Qarpızın insan  sağlamlığı üçün aşağıdakı faydaları vardır:

– Antioksidantlarla zəngin olan qarpız orqanizmdə qocalma prosesləri ləngidir.

– A vitamini ilə zəngin olan qarpız görməni yaxşılaşdırır.

– Qarpızın tərkibində olan fol turşusu (B9) qanyaratma sistemi üçün çox vacibdir, orqanizmdə zülalların mənimsənilməsini yaxşılaşdırır, immun və ürək-damar sistemlərinin normal fəaliyyəti üçün vacibdir. Həmçinin bu vitamin dölün ana bətnində normal inkişafına kömək edir. Bu səbəbdən hamilə qadınlar qarpızı öz qidalanmasına daxil etməlidir.

– Maqneziumla zəngin olan qarpız əzələ və sinirlərin normal fəaliyyəti üçün vacibdir. Ürəyimiz də əzələdir. Maqnezium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir.

– Həmçinin maqnezium əla antidepressantdır. Bu səbəbdən əhval-ruhiyyəni yaxşılaşdırmaq və stresi azaltmaq üçün tez-tez qarpız yeyin.

– Sübut olunub ki, qarpızda çoxlu miqdarda olan likopin maddəsi kişilərdə prostat vəzi xəstəliklərinin qarşısını alır.

– Qarpız sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini təmizləyir, ödemlərlə mübarizə aparır, ürəyə olan gərginliyi azaldır.

– Qarpız həm azkalorilidir, həm də insanda tez toxluq hissi yaradır. Bu səbəbdən diyetoloqlar qarpızı tez-tez pəhrizlərə daxil edirlər.

– Su ilə zəngin olan qarpız (85-90% qədər) orqanizmi maye ilə təmin edir. 1-2 dilim sərin qarpız susuzluqdan mübarizədə ən yaxşı vasitədir.

– Qidalı liflər və pektinlə zəngin olan qarpız bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

– Qarpız cinsi istəyi artırır.

– Qarpız qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.

Gununsesi.info