Milyarder dünyada ən möhtəşəm yaxtanı sifariş etdi – 600 milyon dollara - VİDEO

  • By admin
  • 23 İyun 2016 16:28

detail_8bdba54022ed02f6e41f6bffc0d6647f

 

Milyarder Əlişir Usmanov dünyanın ən möhtəşəm və bahalı yaxtasının hazırlanmasını sifariş edib. Gununsesi.info “Yacht Harbour”-a istinadən xəbər verir ki, rusiyalı milyarder Əlişir Usmanovun bu yaxtasını “Lussern” alman şirkəti hazırlayır. 156 metr uzunluğunda 15 917 ton olacaq super yaxta “Dilbər” adını daşıyacaq.

“Dilbər” yaxtası dünyada ən möhtəşəm yaxta olacaq. İkinci yeri 15 850 tonluq Oman sultanı Əl-Saidə məxsus yaxta, üçüncü yeri isə Abu Dabi əmiri Azzamam məxsus yaxta bölüşəcək. Bu yaxtaların hamısı Lursen şirkəti tərəfindən hazırlanıb. Yeni yaxtanın qiyməti kommersiya sirri olaraq saxlanılsa da, ekspertlər onun 600 milyon dollar civarında olacağını deyirlər. Əlişir Usmanov Rusiyada ən varlı milyarderlər sırasında üçüncü yerdədir. Bundan əlavə olaraq milyarderin 110 metrlik “Ona” super yaxtasına malikdir.

Gununsesi.info

 

Gununsesi.info