Qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib - RƏSMİ

  • By admin
  • 15 Mart 2017 11:21

Gununsesi.info mikayil jabbarov education ministry

“Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir”. 

Gununsesi.info xəbər verir ki, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında türkiyəli deputat Küçük Canın məcburi köçkün uşaqların təsili ilə bağlı sualı cavablandırarkən təhsil naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”.

Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur.

Gununsesi.info