Qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatdı - HİNDİSTANDA

  • Müəllif: admin
  • 22 Yanvar 2017 11:15

china_ambulance_140116

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.

Gununsesi.info-nun ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.

Gununsesi.info