Qaxda 215 ədəd çətənə kolları aşkarlanıb - FOTOLAR

  • By admin
  • 11 İyul 2016 12:38

qax

 

 

Qaxda narkotik tərkibli çətənə kolları əkən Şəki və Zaqatala sakinləri saxlanılıb. Gununsesi.info xəbər verir ki, polis keçirdiyi əməliyyatla onları elə həmin ərazidə yaxalayıb.

Qax RPŞ-i əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı məlum olub ki, Zaqatala rayon sakini 38 yaşlı Etibar Əhmədov və Şəki şəhər sakini 31 yaşlı Səbuhi Yusifov qabaqcadan əlbir olub, bu ilin aprel ayında Qax rayonunun Cəlayir kəndi yaxınlığındakı meşə sahəsində çətənə bitkisi əkiblər. Onlar bundan sonra aqrotexniki qaydada kultivasiya etməklə narkotik bitkini yetişdiriblər. Qax Rayon Polis Şöbəsinin əməkdaşları hər iki şəxsi elə həmin ərazidə saxlayıblar.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər və yaşadıqları rayondan gələrək ay ərzində 2-3 dəfə çətənə kollarına qulluq etdiklərini bildiriblər.

Etibar Əhmədov və Səbuhi Yusifovun əkdikləri 215 ədəd narkotik tərkibli çətənə kolları maddi sübut olaraq götürülüb.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

qax1

 

qax2

 

Gununsesi.info