Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTOLAR

  • By admin
  • 16 Fevral 2023 09:52

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunublar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıblar. Şəxsi axtarış zamanı qadından metamfetamin, R.Balacayevdən isə heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onların yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda heroin aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin həmin faktla bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün barəsində axtarış elan edilib.