Xaçmazda dəhşətli qətl törədilib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 32 yaşlı Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Kənd sakinlərinin verdiyi məlumata görə, Rəmziyyə yoldaşından 5-6 il əvvəl rəsmi şəkildə boşanıb. Lakin o, hələ də keçmiş ərinin evində qalırmış. Onun Elsəvərlə evliliyindən 2 qızı,1 oğlu olub.
Sakinlərin sözlərinə görə, hadisə baş verəndə evin digər sakinləri də orada olublar.Əldə etdiyimiz məlumata görə onlar arasinda dava olub. Gəlin qonşunun həyətinə qaçıb. Qayınatası da arxası ilə qaçıb və onu yaba ilə vurub öldürüb.
Lakin mərhumun yaxinlari qadinin ölmündə tək qaynatasinin işi olmadigini düşünürlər.
Hadisəni törədən Məlikməmməd Adıgözəlov saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Gununsesi.info