Qaz olmayacaq

  • By admin
  • 26 İyul 2016 18:58

qaz

 

İyulun 27-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, “Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Gununsesi.info-nun məlumatına görə, aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.