Səhiyyə nazirliyi: “Şirvanda baş verən partlayışda ölən yoxdu” - Oqtay Şirəliyev hadisə yerindədi

  • By admin
  • 26 İyul 2016 18:20

axar.az1394623603oqtay_

 

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən hadisə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Şəhər Mərkəzi  Xəstəxanasına gəlib.

Bu barədə Gununsesi.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, indiyə kimi Şirvan  Şəhər Mərkəzi  Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub. Yaralılara yüksək səviyyədə zəruri tibbi yardım göstərilir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 20 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən oda bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 11 yaralı gətirilib.

Bu barədə Gununsesi.info Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb. Yaralılara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.