“Qaz və işığın qiymətinin fantastik artımından əhali ciddi narahatdır” - MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 29 Noyabr 2016 15:48

eli mesimli

Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin qaldırılması ölkədə kataklizmlərə yol aça bilər.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından əhali arasında ciddi narahatçılığa səbəb olub.

Millət vəkili bildirib ki, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: “Yox əgər real olaraq düzgün mexanizm tətəbiq edə bilməyəcəksə bu ciddi problemlərə yol açacaq və narazıçılıqlar səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

Deputat onu da əlavə etdi ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşamya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək. “Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirləri aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də özünü göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və mavinətləri qaldırmalıdır. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülməlidir”- deyə, millət vəkili vurğulayıb.

Ə.Məsimli bildirib ki, yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsüində də yaralanmalıdır. “Belə ki, xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətəbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə əhali aarsında ciddi narazıçılıqların və kataklizmlərin olması istisna deyil”.

Deputat Aydın Hüseynov isə bildirdi ki, müəyəən mərhələdə bu əhaliyə təsir etsə də, sonradan proses normallaşcaq. “Ona görə ki, əhalinin böyük qismi orta statistik məlumata əsasən Tarif Şurasının müəyyənləşdirdiyi limitdən artıq enerji sərfiyyatına yol vermir. Ona görə də bu qiymət artımı onlara təsir etməyəcək”- deyə, millət vəkili bildirib.

Onun sözlərinə görə, elektrik enerjisi və qazdan istifadə ilə bağlə limit məsləsi digər ölkələrin praktikasında var və kim limitdən artıq enerji sərfiyyatından istifadə edirsə, onlara başqa qiymət tətbiq olunur. “Bir daha deyiərm ki, Tarif Şurasının bu qərarı Azərbaycanın aztəminatlı ailələrinə mənfi təsir etməyəcək. Bu qərar eyni zamanda ıhalini enerji daşıyıcılarından qənaətlə istifadəsinə gətirib çıxaracaq və israfçılığın qarşısını almış olacaq”- deyə, o bildirib. Millət vəkili sonda onu da əlavə etdi ki. hökumət yaranməış vəziyyətdən çıxış yolu kimi növbəti ildə işçilərin əməkhaqılarının təqribən 15 fazi qaldırlmasını da düşünür: “Artıq bu məsələ növbəti büdcəsində öz əksini tapıb. Və büdcə təşkilatlarında çaləışanların əməkhaaqılarının 15 fazi qaldırılması nəzərdə tutulur”.

Mürtəza

Gununsesi.info