
Qazax polisi dəfələrlə məhkum olunmuş soyğuncunu ifşa edib.
Gününsesi.info xəbər verir ki, hadisə Qazax rayon sakini Hacalıyev Məmməd Fevral oğlunun polis şöbəsinə ərizə ilə müraciəti, soyğuncunun saxlanması ilə nəticələnib. Beləki gecə vaxti kənd toyundan geri qayidan musiqici dəstəsi, qazandıqları pulu aralarında bölüşdürmək ücün mağazada pulu xirdalamaq məqsədi ilə dayanmalı olublar. Amma dırnaqarası qəhrəmanlıq edən həmyerlisi bu vəziyyətdən bəhrələnmək istəyib. Qəniməti ələkeçirən oğru magazadan uzaqlaşıb. Keçirilən təxirə salınmaz əməliyyat tədbiri nəticəsində Ağstafa rayon Qarahəsənli kənd sakini Arzu İsgəndərov saxlanılıb.
Cinayət Məcəlləsinin 180.1 ci maddəsi ilə cinayyət işi açılıb, araşdırmalar aparılır .
Gününsesi.info