Qazaxda iki nəfər dəm qazından zəhərlənib

  • By admin
  • 25 Mart 2022 19:13

Qazax rayonunda 2 nəfər zəhərlənib.

Gununsesi.info  xəbər verir ki, Birinci Şıxlı kənd sakini, 2008-ci il təvəllüdlü A.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Digər bir zəhərlənmə faktı isə Kosalar kəndində qeydə alınıb. Kənd sakini (ad-soyad dəqiqləşdirilir) yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info