“Qazaxıstan beynəlxalq dəstələrin qurbanı olub” - PUTİN

  • By admin
  • 10 Fevral 2022 16:15

Rusiya Prezidenti Vladimir Putinlə bu ölkədə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlar başlayıb.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, görüş Kremldə keçirilir.

“Qazaxıstan yanvar ayında beynəlxalq dəstələrin qurbanı olub. Ölkə hakimiyyətin səyləri nəticəsində ayaqda möhkəm dayanıb”, – deyə Putin görüşdə bildirib.

Tokayev isə öz növbəsində, iğtişaşlar zamanı çox sayda qurbanın olmasından narahatlıq duyduğunu söyləyib və bütün günahkarların cəzalandırılacağına dair söz verib.

 

Gununsesi.info