Qazaxstanda terror təhlükəsi pik həddə

  • By admin
  • 06 İyun 2016 16:10

Kazakistan map

 

Qazaxstanda terror təhlükəsi ilə bağlı olaraq ölkə ərazisində 40 günlük “sarı səviyyə” elan olunub. Gununsesi.info Qazaxstan mətbuatına istinadən xəbər verir ki, ölkə ərazisində terror təhlükəsi ilə bağlı “sarı səviyyə” elan olunub. Qazaxstanda terror təhlükəsi ilə bağlı “sarı səviyyə”nin elan olunması haqqında ölkə vətəndaşlarının telefonlarına mesajların gəldiyi bildirilir. Daxil olan SMS-lərdə sahibsiz çantalara diqqət yetirməyi, şübhəli bilinən şəxslər barədə dərhal hüquq-mühafiəz orqanlarna xəbər verilməsi, eyni zamanda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlara dözümlə yanaşmaq bildirilir. Qeyd edək ki, Aktyubinsk şəhərində terror hadisəsi baş verib və nəticədə 17 nəfər ölüb, xeyli sayda yaralı var. Qazaxstan rəsmiləri bu hadisəni rəsmi olaraq terror hadisəsi hesab edib.

Gununsesi.info

 

Qazaxistan