Qazaxstandakı terror hadisələrində Rusiya izi

  • By admin
  • 10 İyun 2016 17:45

Kazakistan

 

Ekspertlər Qazaxstandakı dövlət çevrilişinə cəhdində Rusiya izini müəyyən ediblər. Gununsesi.info DA Vincinin yaydığı analitik hesabatda ekspertlər iyunun 5-də Qazaxstann Aktoba şəhərində baş verən terror hadisələrində Rusiya izini aşkar ediblər. Analitik hesabatda Qazaxıstanın Milli təhlükəsizlik komitəsinin yaydığı məlumatda da bu terorun hazırlanmasında və həyata keçirilməsində həbs olunmuş iş adamı Toxtar Tuleşovun əli olduğu qeyd olunub. Bununla da T.Teluşov ölkədəki sabitliyi pozmaqla alternativ hakimiyyət yaratmağa cəhd edib. Bundan əlavə, T. Teluşov rusiyameyilli və Qazaxstanda Rusiyanın maliyyə və hərbi sahədə olan layihələrinin reallaşmasının lobbiçisi kimi tanınıb.

Hesabatda Rusiyanın son dövrlərdə xarici ölkələrdə maraqlarını müdafiə etmək üçün hərbiləşdirilmiş və qiyamçı qruplardan texnologiyasından istifadə edir. Ekspertlər hesab edir ki, bir sıra səbələrdən Qazaxstanda sabitliyin pozulması Rusiyanın marağındadır və ona sərf edir. Bu yolla Moskva Qazaxstanının daxili ictimai-siyasi həyatında konfrantasiya yaratmaq; Rusiyadan yan keçən Çindən başlanan “İpək yolu” layihəsinin inkişafına mane olmaq; ölkənin şimalndakı əyalətlərini nəzarətə götürmək və bununla da Ukraynanın Donbas bölgəsində olduğu kimi bufer ərazi yaratmaq; Pekinin Astanaya yönəlik əməkdaşlıq siyasətini minimuma endirmək; Qazaxstan və Çin arasındakı iqtisadi əlaqələri zəiflətmək, Qazaxstanın siyasi rəhbərliyini Moskvameyilliyini artıraraq və daha çox onunla əməkdaşlıq meyilli olmasına nail olmaq; Rusiyanın Qazacstanda və Xəzər hissəsində nəzarəti ələ keçirməkdir. Qeyd edək ki, iyunun 5-də Aktube şəhərində baş verən terror nəticəsində ondan artq insan ölüb.

Gununsesi.info