Noyabrın 28-də Azərbaycan Tarif (qiymət) Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Gununsesi.info-nun xəbərinə görə, əhali qrupu üçün yanvarın 1-dən qüvvəyə minəcək qərarla bağlı müxtəlif suallar var. Əksəriyyəti istifadə olunan təbii qaz və elektrik qiymətinin necə hesablanacağı ilə bağlı suallar narahat edir.İIqtisadçı Natiq Cəfərli asan hesablama üsulunu belə şərh edir: “Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli, yanvarın 1-dən sonra bu məbləğl keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli, yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyata 55% daha çox ödəniş edəcəksiniz”.
Gülnaz Qənbərli
Gununsesi.info











