Qazlı içkilərdən imtina edin - SOS

  • By admin
  • 30 İyul 2016 13:25

SOS

 

Qazlı içkilər xərçəng xəstəliklərinə tutlma riskini artırır. Belə içkiləri qəbuletmə xəstəliyin yaranmasına və genişlənməsinə səbəb ola bilər.

Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, qazlı içkilərin, şirin şirə və nektarların hər gün iki stəkan qəbulu öd kisəsində xərçəng riskini iki dəfə, qaraciyərin öd yollarında onkoloji xəstəliklərinin yaranma ehtimalını isə 79 faiz artırır. Stokholmdakı nüfuzlu Karolin İnstitutunun (İsveç) alimləri irimiqyaslı və uzunmüddətli tədqiqatlardan sonra bu qənaətə gəliblər. Alimlər çoxlu sayda respondentlərdən anketləri doldurmağı xahiş edib. Onlar ötən həftə, bir ay əvvəl və altı ay ərzində nə qədər qazlı içki qəbul etmələri haqda sualları cavablandırıblar. 13 il davam edən araşdırmalardan sonra alimlər həmin müddətdə sorğunu cavablandıranlardan neçəsinin xərçəng və digər ağır xəstəliklərə yoluxmasını yoxlayıblar.

Bəlli olub ki, onların əksəriyyəti artıq bu xəstəlikdən əziyyət çəkir. Tədqiqatın müəllifi Susanna Larsson deyir ki, daim qazlı içki içmək xərçəng riskini artıran ciddi xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Gülnaz Qənbərli

Gununsesi.info