Yazıçıoğlunun vəkilindən: - "FETÖ-cü terrorçulara qəsd edilmədən, dindirilsinlər"

  • By admin
  • 30 İyul 2016 13:17

mohusun yaz

 

“Terrorçulara qəsd edilmədən, dindirilsinlər”. Bunu Böyük Birlik Partiyasının (BBP) qurucusu və ilk sədri mərhum Möhsün Yazıçıoğlunun vəkili Kemal Yavuz deyib.

Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, vəkilin dediyinə görə, mərhum Möhsün Yazıçıoğlunun ölümündə üç şübhəli bilinən şəxsləri FETÖ-çular öldürə bilər. M. Yazıçıoğlunun ailəsi hakimiyyəət çevrilişinə cəhddən sonra cinayət işinin yenidən baxılması ilə bağlı prokurorluğa mütaciət edib.

Vəkil K.Yavuz deyib ki, M. Yazıçıoğlunun ölümündə təqsirli bilinən zabit Aydın Özsıcak və Davut Uçumun adının 15 iyulda prezident Rəcəb Tayyib Ərdoğana qarşı düzənlənən sui-qəsdçilər arasında olması bir daha onların BBP liderinin Fətullah Gülənin adamları tərəfindən qətlə yetirildiyinə şübhələri qətiləşdirir.

M. Yazıçıoğlunun ailəsi isə onun ölümündə təqsirli bilinən FETÖ-çu Polis İdarəsinin rəisi Dursun Özmeinin həbsindən sonra prokurorluğa müraciət edərək, işin yenidən araşdırılmasını tələb ediblər. Vəkil K. Yavuzoğlu deyib ki, sui-qəsdçilər bu məsələ ilə bağlı yenidən dindirilməlidir və onların ifadələri Yazıçıoğlunun ölüm səbəblərinə aydınlıq gətirə biləcək.

“Onlar verdikləri ifadələr zamanı həqiqi qatilin kim olduğu bəlli olacaq. Ona görə də, onlar dindirilmədən susdurula, yəni, onları öldürülə bilərlər. Onların təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülməlidir. Məhz bu yolla illər boyu törədilən dəhşətli cinayətin üstünü açmaq olar”- deyə, vəkil vurğulayıb.

Gununsesi.info