
Paytaxtın Yasamal rayonunda qeyri-adi hadisə baş verib.
Gununsesi.info-nun xəbərinə görə, yaşayış binalarının birinin qarşısında əkilən qızılgül qeyri-adi gül açıb.
Belə ki, qızılgül butonun arasından ağac pöhrə verib.
Sakinlərin bəziləri bunu möcüzə, bəziləri isə baş verən təbiət kataklizmalarının nəticəsi kimi qəbul edir.
Gülnaz Qənbərli
Gununsesi.info