Qeyri-sabit hava şəraiti Leriki işıqsız qoydu

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 11:08

lerik

Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. 

Gununsesi.info bildirir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.

Gununsesi.info