QHT sədrinin məhkəməsi başladı

  • Müəllif: admin
  • 24 Aprel 2018 17:46

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin barəsindəki cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Gununsesi.info-nun xəbərinə görə, cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Gununsesi.info