Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

  • By admin
  • 14 Mart 2018 12:06

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır.

Gununsesi.info xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək:

“Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.

O deyib ki, genetik modifikasiya olunan məhsulların ekspertizası ilə bağlı xaricdə təhsil alan azərbaycanlılar işə dəvət edilib:

“Genetik modifikasiya olunan məhsullarla bağlı tədbirlər proqramda əksini tapacaq”.

Gununsesi.info