Qırğızıstan parlamentinin sabiq spikeri koronavirusdan ölüb

  • By admin
  • 24 May 2020 13:31

Qırğızıstan parlamentinin sabiq spikeri Mukar Çolponbayev yeni növ koronavirusdan (COVİD 1-9) ölüb.

Gununsesi.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, mayın 5-də Qırğızıstan Respublika Kliniki İnfeksiya Xəstəxanasına yerləşdirilmiş M. Çolponbayev bu gün həyatını itirib.

Çolponbayev Qırğızıstan Ədliyyə naziri, deputat olub, 1995-1996-cı illərdə parlamentə rəhbərlik edib. 

 

 

Gununsesi.org