“Qız qaçırma insan ogurlugu deyil” - Siyavuş Novruzovdan açıqlama

  • By admin
  • 23 May 2018 13:19

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov qız qaçırma ilə adam oğurluğunu eyniləşdirməyin düzgün olmadığını bildirib. 

Gununsesi.info xəbər verir ki, bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib. S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib: “Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.