Amerika fond bazarında Dow Jones indeksi 0,61% – 21 479,27 bəndədək, S&P 500 0,23% – 2 429,01 bəndədək bahalaşıb, NASDAQ isə 0,49% – 6 110,06 bəndədək ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,88% – 7 377,09 bəndədək, Almaniya DAX-ı 1,22% – 12 475,31 bəndədək, Fransa CAC-40-ı isə 1,47% – 5 195,72 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,40 dollar bahalaşaraq 1 222,60 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 16,08 dollara satılıb.

Gununsesi.info