Qızıl bahalaşıb

  • Müəllif: admin
  • 14 Dekabr 2017 09:25

Amerika fond bazarında “Dow Jones” indeksi 0,33% – 24 585,43 bəndədək artıb, “S&P 500” 0,05% – 2 662,85 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,20% – 6 875,80 bəndədək bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,05% – 7 496,51 bəndədək, Almaniya DAX-ı 0,44% – 13 125,64 bəndədək, Fransa CAC-40-ı isə 0,51% – 5 399,45 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 11,60 dollar artaraq 1 260,20 dollara, gümüşün qiyməti isə 0,25 dollar artaraq 16,12 dollara satılıb.

Gununsesi.info