Qızıl Xaç Komitəsindən şəhid əsgərimizlə bağlı AÇIQLAMA

  • By admin
  • 09 Yanvar 2017 13:20

cingiz-qurbanov
“Çingiz Salman oğlu Qurbanovun cəsədi qaytarılması istiqamətdə hazırda danışıqlar davam etdirilir”.
Gununsesi.info-ya bu haqda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Salman oğlu Qurbanovun cəsədinin hələ də düşmən ərazisində olmasıyla bağlı açıqlama verərkən belə deyib.

İ. Hüseynova qeyd edib ki, hazırda hər iki tərəf arasında aparılan danışıqların məzmunu konfidensial olduğuna görə, ictimaiyyətə bu barədə məlumat verilmir: “Bu istiqamətdə iş aparılır”- deyə, o, əlavə edib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Anar
Gununsesi.info