Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 15,52 milyon manat ayrıldı

  • By admin
  • 09 Fevral 2018 18:30

Azərbaycan prezidenti İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info