Qonşusunun narkotik əkdiyini polisə xəbər verdi

  • Müəllif: admin
  • 09 Avqust 2016 14:16

narkotik

 

 

Paytatx sakini öz həyatyani sahəsində narkotik vasitə olan çətənə kolları əkib.

Gununsesi.info xəbər verir ki, daxili işlər nazirliyinin 102 qaynar xəttinə Elşən Hüseynovun   öz həyatyanı sahəsində narkotik tərkibli bitkilərin əkib becərilməsi barəsində məlumat daxil olub. Dərhal Bakı Şəhər Baş Polis idarəsi, Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi və , Abşeron rayon polis idarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Elşən Hüseynova məxsus Mehdiabad qəsbəsi 28 may küçəsində yarım tikiliyə baxış keçirilib. Baxış zamanı oradan ümumi çəkisi 19 kq olan yaş halda 54 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Saxlanılan 51 yaşlı Elşənin sözlərinə görə çətənə kollarını bu ilin aprel ayında yaşadığı 28 may küçəsinin zibilxanasından tapdığını deyir. Daha sonra onu evə gətirərək dibçəklərdə əkməyə başlayıb. Təqribən 10 ildir ki narkotik vasitələrinin istifadəçisi olduğunu deyən Elşən, çətənə kollarını əkməkdə məqsədinin  özünün  istifadə etməsi olduğunu deyir. Təqribən 4 ay müddətində əməlini ailəsindən belə gizlədən Elşənin, polis əməkdaşları çətənə kollarını əkdiyi yarım tikilidən 1 kiloqram 0.5 qrma olan qurudulmuş marixuana da askar ediblər. Artıq faktla bağlı Abşeron rayon polis idaərsində Elşən Hüseynovun barəsində cinayət işi başlanıb araşdırma aparılır.

 

Gununsesi.info