“Qremmi”nin 6 qat sahibi vəfat etdi - VİDEO

  • By admin
  • 08 İyun 2019 08:23

Amerikalı blüz ifaçısı Doktor Con (əsl adı – Malkolm Con Rebennek) dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu haqda artistin Feysbuk hesabının idarəçiləri məlumat yayıb. Musiqiçi 78 yaşında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Qeyd edək ki, Doktor Conun 20-dən çox musiqi albomu işıq üzü görüb. O, 6 dəfə “Qremmi” mükafatına sahib olub