Gununsesi.info APA-ya istinadən xəbər verir ki, ərazidə 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı əks etdirən memorial lövhə və abidə ucaldılıb.
Abidənin açılışı 31 mart azərbaycanlılarının soyqrımı günü istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda ərazidə son tamamla və 31 mart tədbirlərinə hazırlıq işləri davam etdirilir.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
Gununsesi.info