
Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kvadratmetr olan süd məhsulları mağazasında yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, mağazanın lambirdən ibarət tavanı və içərisində yığılmış süd məhsulları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info